BaşlıcaSiyasət

KTMT-yə üzv ölkələrin XİN başçılarının birgə bəyanatı

KTMT-yə üzv dövlətlər XİN başçıları birgə bəyanat yaydılar. KTMT-yə üzv dövlətlər KTMT və KTMT kənarda baş verən terror aktlarından dərin narahatdırlar. Bunu ATƏT Nazirlər Konfransı çərçivəsində KTMT-yə üzv dövlətlərin – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan xarici işlər nazirlərinin bəyanatında qeyd olunur.  

KTMT xarici işlər nazirləri qeyd etdilər ki, terrorizm bütün forma və təzahürlərində dünya və beynəlxalq təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. İstənilən terror aktı cinayətdir.

“Biz terrorizmə qarşı beynəlxalq mübarizədə birliyə sadiqliyimizi bir daha təsdiq edirik. Biz bəyan edirik ki, dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq terrorizmin qarşısının alınması və onunla mübarizədə əsas rol oynayırlar”,- deyə qeyd olunub. 

KTMT-nin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının “Terrorçuluq ideyalarının yayılmasının qarşısının alınması üzrə hərtərəfli beynəlxalq çərçivə strategiyası” (S/2017/375) adlı sənədini alqışlayıb və üzv dövlətləri sənədin prinsiplərinə  əməl etməyə çağırıblar.

Daha çox göstər
Back to top button