Başlıcaİctimaiyyət

Ermənistanda COVID-19-un yüksək reproduktiv göstəricisi qeydə alınıb

Ermənistanda son günlər koronavirusa yoluxanların sayı artmaqdadır.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxucu və qeyri-infeksion xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Romella Abovyan “Armenpress”in mətbuat zalında keçirilən mətbuat konfransında bildirib.

“İlk dəfədir ki, biz infeksiyanın bu qədər yüksək reproduksiya sürətini qeyd edirik. İnfeksiyanın yayılma sürətindən danışan infeksiyanın reproduktiv göstəricisi artıq 2,3-dür” – deyə o qeyd edib.

Daha çox göstər
Back to top button