BaşlıcaSiyasət

Ermənistan və Türkiyə ilkin şərt olmadan normallaşma prosesinə yönəlik olaraq danışıqları davam etdirməyə razılaşıb

Yanvarın 14-də Moskvada Ermənistan ilə Türkiyə arasında normallaşma prosesinin xüsusi nümayəndələri – ER Parlamentinin sədrinin müavini Ruben Rubinyan və səfir Serdar Kılıç arasında görüş keçirilib.

Konstruktiv atmosferdə keçirilmiş ilk görüşdə xüsusi nümayəndələr Ermənistan-Türkiyə dialoq yolu ilə normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparıblar.

Tərəflər ilkin şərt olmadan tam normallaşma üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.

İkinci görüşün tarixi və yeri diplomatik kanallar vasitəsilə sonradan müəyyən ediləcək.

Daha çox göstər
Back to top button