ArtsaxBaşlıcaSiyasət

Səfir Papikyan ATƏT-in fəaliyyətdə olan sədrini Azərbaycan təxribatlarının qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırıb

Ermənistanın ATƏT-dəki səfiri Armen Papikyan ATƏT-in Daimi Şurasının iclasında iştirak etdi. Səfir Armen Papikyan çıxış zamanı Azərbaycanın Ermənistan-Azərbaycan sərhədində təşkil etdiyi təxribatlara, Artsaxla təmas xəttində, insan itkilərinə səbəb olan hərbi toqquşmalara toxunub.

Səfir Papikyan, 2021-ci ilin mayn 12-də ölkəmizin suveren ərazisinə zorla daxil olunmuş düşmənin yanvarın 11-də törətdiyi təxribatı barədə iştirakçılara məlumatlandırıb. Azərbaycan tərəfi artileriya və PUA-lardan istifadə edərəkə növbəti təxribata əl atıb, bunun nəticəsində 3 erməni hərbçisi həlak olub.

“Qeyd olunub ki, son günlərdə Bakının ermənilərə qarşı nifrətlə dolğun bəyanatları bir daha göstərir ki, bu qarşıdurmaların təşəbbüskarı Azərbaycan olub”,- deyə XİN bəyanatında qeyd olunub.

Səfir Papikyan ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətini Bakıda əsirlikdə olan erməni əsirlərin məsələsinə yönəltdi.

“Ermənistanın daimi nümayəndəsi vurğulayıb ki, ATƏT məkanında güc tədbiqi ilə heç bir münaqişə “həll oluna bilməz” və gücdən istifadə etməsi Azərbaycan tərəfidən münaqişənin həllində legitim vasitə kimi göstərilməsi ATƏT regionunun təhlükəsizliyinə təhlükə yaradır, münaqişələrin sülh yolu ilə həlli üçün yaradılan beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i nüfuzdan salır”,- səfir vurğuladı.

Səfir Papikyan Polşanın ATƏT sədrliyini Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlamağa çağırıb.

Daha çox göstər
Back to top button