Rusiya Silahlı Qüvvələrinin 1500-dən çox tankçısı Ermənistan da daxil olmaqla döyüş atışlı təlimlər keçirir

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 1500-dən çox tankçısı Rusiyanın Ermənistandakı hərbi bazasında yerləşən poliqonunda, eləcə də Cənubi Osetiya, Krım, Dağıstan, Adgıgeya, İnquşetiya və digər ərazilərdə onlarla digər hərbi hissələrdə döyüş atışlı təlimlər keçirir. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Tankçılar düşmənin müdafiəsini yarmaq və uğurlu hücumu inkişaf etdirmək üçün hazırlanmış taktiki qruplarda atəş tapşırıqlarını yerinə yetirirlər.

Tank bölmələri gecə-gündüz döyüşmək üçün müdafiə taktikası hazırlayır. Hərbi hissələrin təlimləri 2022-ci ilin fevral ayına kimi davam edəcək.

Daha çox göstər
Back to top button