Arşakyan: “Sərhədlərin ilkin şərt olmadan açılması Ermənistanın maraqlarından doğur”

Ermənistanın Türkiyə ilə danışıqlar üçün Ermənistanın gündəmi dəyişməyib.O ilkin şərt olmadan sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa davam edir.

Bu haqda ER parlamentinin sədr müavini Hakop Arşakyan parlamentdə jurnalistlərlə söhbətində əmin edib.

“Ermənistanın  müstəqilliyindən bəri  Ermənistanın sərhədləri gərgin olub. Biz, həm müharibə zamanı, həm də sülh şəraitində minlərlə itki vermişik.

Mən düşünürəm ki, hazırda irəli sürdüyümüz sülh gündəmiçün, xalqımızdan buna səs qazanmışıq və bütün bunlar sərhədlərimizin, Ermənistanın təhlükəsizliyini gün öncə təmin etmək məqsədi daşıyır ki, bir daha  hərbiçilərimiz sülh  şəraitində həlak olmasın,  bird aha Ermənistan müharibələr  içərisində peyda olmasın” – deyərək Arshakyan qeyd edib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünə gəlincə, o qeyd edib ki, bu, onların ilk görüşüdür, çox məlumatın olmaması da normaldır.

“İlk görüş keçirilib, adamlar tanış oldular, bizim tərəf öz gündəliyini təqdim edib, yəni bizi nə maraqlandırır.Türkiyə tərəfi də öz gündəmini gətirib və müzakirə olunub.Həmin müzakirədən sonra tərəflər öz paytaxtlarına getmişlər ki,  gündəlik məsələləri dəqiqləşdirsinlər” – deyə Arşakyan bildirib.

O, Ermənistanın nə ilə maraqlandığı- sualına toxunaraq, sərhədləri ilkin şərt olmadan açmaq və diplomatik əlaqələr qurmaqla deyib.

“Bizim gündəmimiz dəyişməyib. Müstəqil Ermənistanın bütün hakimiyyət orqanları bəyan edib ki, türklərlə danışıq gündəliyimiz belədir: Türkiyə ilə sərhədlər ilkin şərt olmadan açılmalı, diplomatik əlaqələr qurulmalıdır” – deyərək parlament sədrinin müaviniqeyd edib.

Türkiyənin ilkin şərtlər irəli sürməyəcəyinə inam nədən ibarətdir?- sualına Arşakyan oxşar  bir riskin olduğunu deyib. Arşakyan xatırladıb ki, həmin görüşlər və danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilir və Rusiya Xarici işlər nazirliyi  həmçinin müsbət reaksiya verir.

“Mən ümid edirəm ki, beynəlxalq tərəfdaşların köməyi ilə biz sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsini aça biləcəyik. Və bu, Ermənistan Respublikasının maraqlarından doğur”- deyərək  parliament sədrinin müavini bildirib.

Yanvarın 14-də Ermənistan-Türkiyə nizamlanması prosesinin xüsusi nümayəndələri Moskvada Ermənistan Respublikası parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç ilə görüşüb.

Daha çox göstər
Back to top button