BaşlıcaSiyasət

Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməyəcəyindən narahatdır

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməyəcəyindən narahatdır.

RİA Novosti xəbər verir ki, bu haqda  Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Bizi narahat edən nədir? Üç həmsədr hələ də bu günəcən  regiona səfər edə, vəziyyətlə tanış ola bilmir və tərəflərə xalq arasında təmasların qurulmasında və humanitar məsələlərin həllində köməklik göstərmək üçün konkret tədbirlər görməyə nail olmur” – deyərək o, bildirib.

Eyni zamanda, rusiyalı diplomat ümid etdiyini bildirib ki, yaxın gələcəkdə üç həmsədr hələ də regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcəklər.

Daha çox göstər
Back to top button