Tibbi xidmətləri daha əlçatan olacaq

Ermənistanda hərtərəfli tibbi sığorta sistemi tətbiq edilir. Bu barədə səhiyyə naziri müavini Lena Nanuşyan bildirdi.

“Bəzi qrupların tibbi xidmət alması üçün dövlət tərəfindən maliyyə vəsaiti ayırır. Tətbiq olunan bu yeni sistemlə biz tibbi xidmətləri vətəndaşlarımıza əlçatan etməyə çalışırıq”,- deyə Lena Nanuşyan bildirdi.

Lena Nanuşyanın sözlərinə görə, xidmətlərə profilaktik tədbirlər, müayinələr, diaqnostika, transplantasiya xidmətləri, bütün əməliyyatlar, ürək-damar xəstəliklərinin müalicəsi, cərrahiyyə, digər onkoloji xidmətlər daxildir.

Kompleks tibbi sığortanın tətbiqi konsepsiyasının hazırlanması üzrə işçi qrupunun üzvü, ekspert Samvel Xarazyan hesab edir ki, sığorta sisteminin tətbiqi istiqamətində bir sıra məsələlər nəzərə alına bilər.

Daha çox göstər
Back to top button