Ermənistanın ən böyük operatorlarından biri satılıb: Alıcı “Taşir” holdingidir

Samvel Karapetyanın “Taşir” holdinqi Ermənistanın ən böyük operatorlarından biri – “GNC Alfa”nı alıb. Müqavilə İctimai Xidmətlərinin Tənzimlənməsi Komissiyasının (İXTK) bugünkü iclasında təsdiq edilib. Alıcı “Ermənistanın Elektrik Şəbəkələri” şirkətidir (“Taşir” şirkətinə məxsusdur) və Rusiya vətəndaşı Arman Unanyandır.

İXTK Telekommunikasiya Departamentinin resursların idarə şöbəsinin rəhbəri Armen Hunanyan jurnalistlərə bildirib ki, şirkət növbəti beş il ərzində telekommunikasiya şəbəkəsinin inkişafına 2,5 milyard dram (təxminən 5 milyon dollar) sərmayə qoymaq niyyətindədir.

Daha çox göstər
Back to top button