Bakı Ermənistana “realları düzgün dəyərləndirməyi” və “nəticə çıxarmağı” tövsiyə edir

“Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır”.

Bunu Azərbaycan Respublikası prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub:

“Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”.

Xatırladaq ki, sözügedən müsahibədə Azərbaycan prezidenti növbəti dəfə Ermənistana ərazi iddiaları irəli sürərək, Zangezur, Sevan və Yerevanın Azərbaycanın olduğunu bildirib, eyni zamanda Rusiya sülhməramlılarından və ATƏT-in Minsk qrupundan narazılığını dilə gətirib.

Daha çox göstər
Back to top button