
Middle East Eye-in məlumatına görə, Türkiyə yaxın həftələrdə Azərbaycanla 1 milyard avroluq (1,14 milyard dollar) valyuta mübadiləsi sazişi imzalamağa yaxındır. Bu barədə məsələ ilə tanış olan iki türk rəsmisi müsahibəsində bildirib.
Təklif olunan saziş Türkiyənin valyuta ehtiyatlarını artırmaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svop sövdələşmələrindən biridir.
İlham Əliyevin Azərbaycan vətəndaşlarının hesabına Türkiyəyə daha hansı güzəştlər etdiyi məlum deyil.