Azərbaycan erməni tərəfinin 30 hərbi əsiri ilə bağlı faktları təsdiq etmir

İstintaq Komitəsinin məlumatına görə, 44 günlük müharibədən sonra  bu günə kimi 199 hərbçi və 21 mülki şəxsin yeri hələ də məlum deyil. Beynəlxalq Hüquq məsələləri üzrə nümayəndəlik  idarəsindən alınan məlumata görə, 2020-ci ilin sentyabrından Ermənistan AİHM-ə 300-ə yaxın şəxslə bağlı iddia qaldırıb.

Amma hal-hazırda Azərbaycan 46 mülki şəxsin Azərbaycanda olması faktını təsdiqləyib. Ermənistan tərəfindən daha 30 nəfərin Azərbaycanda qalması ilə bağlı faktlar var, bununla belə bu ölkə  məlumatı təsdiqləməkdən imtina edir.

44 günlük müharibədən sonra Ermənistan 300-ə yaxın adamla bağlı AİHM-ə iddia qaldırıb. Onların bəziləri əsir götürülüb, bəziləri isə itkin düşüb. Beynəlxalq Hüquq məsələləri üzrə müvəkkil aparatının rəhbəri Liparit Drmeyan deyir ki, bu ərizələr həm ER hökuməti olduğu kimi, həm də itkin düşənlər yəni  əsir düşənlərin doğmaları tərəfindən ərizələr təqdim olunub.

“Bizim 30-a yaxın şəxslərlə bağlı mübahisəli işimiz  var. Aydın videolar və fotolar göstərir ki, insanlar əsir götürülüb, lakin təəssüf ki, biz bu şəxslərlə əlaqəli hələ də Azərbaycandan cavab almamışıq” –  deyərək Liparit Drmeyan qeyd edib.

Hazırkı anda  Azərbaycan 46 mülki və  mülki şəxslərin olduğunu təsdiqləyib. Lakin qeyri-rəsmi məlumatlara görə, əsirlərin real sayı daha çoxdur. Liparit Drmeyan deyir ki, onlar mütəmadi olaraq beynəlxalq qurumlara müraciət edərək Azərbaycandan əsir götürülmüş şəxslər barədə ətraflı məlumat tələb edirlər.

“Elə hallar olub ki,Azərbaycanın məlumatlar, sənədlər verib. Lakin hadisələrıə əlaqəli  əksər hallarda məlumat çox məhduddur. Azərbaycan yalnız təsdiq edir ki, bu və ya digər şəxs onun yanındadır, onun fiziki vəziyyətinə heç bir təhlükə yoxdur.

 “Dekabr ayı ərzində əsirlərin bəzi sayda qaytarılması oldu və sonradan Azərbaycan təsdiqlədi ki, bu adamlar nə vaxtsa Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olublar” – deyə  Beynəlxalq Hüquq məsələləri komissarlığı aparatının rəhbəri Liparit Drmeyan  qeyd edib.

Beynəlxalq Hüquq məsələləri departamentinin rəhbəri bildirib ki, AİHM Azərbaycanda hərbi əsirlərin və mülki şəxslərin hüquqlarının müdafiəsi, yəni hazırda onların ən həyati, fundamental hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərin böyük əksəriyyətini təmin edib. Əvəzindəsə Azərbaycan tərəfindən oxşar tərzli  heç bir oxşar iddia təmin edilməyib.

“Bu o demək deyil ki, iş burada bitəcək, bütün şəxslərin, hətta geri qaytarılan şəxslərin hüquqlarının pozulması faktları Avropa Məhkəməsinə təqdim olunacaq, pozuntunun qeydə alınması üçün hər şey ediləcək, həmin şəxslərin hüquqlarının pozulmasına görə kompensasiya ödəniləcək”.

Azərbaycan son dəfə  əsirləri Ermənistana dekabrın 29-da qaytarıb. Noyabrın 16-da vətəninə qayıdan 5 erməni hərbçisi əsir götürülüb. Bundan əvvəl, dekabrın 19-da Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan 10 hərbçini Ermənistana təhvil verib. Onlar noyabrın 16-da əsir götürülüblər.

Ümumilikdə, rəsmi məlumatlara görə, Azərbaycan əsir götürdüyü 140 ermənini Ermənistana təhvil verib.

Hazırda 44 günlük müharibə və itkin düşmüş şəxslərlə bağlı müxtəlif beynəlxalq məhkəmələrdə baxılan bir neçə iddia var.

Ötən ilin sentyabrında Ermənistan Respublikası ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi.

Ermənistan Azərbaycandan 2020-ci ilin sentyabr-noyabr silahlı münaqişəsi zamanı və ya ondan sonra əsir götürülmüş erməni əsirləri, girovları və digər məhbusları dərhal azad etməyi tələb edir.

Dekabrda Haaqa məhkəməsi Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılması üçün müvəqqəti tədbirlərin görülməsi ilə bağlı ermənilərin müraciətini mtina edib.

Lakin əsirlərlə rəftarın onların erməni mənşəli olması ilə bağlı  hökm verib. Buna əsaslanaraq məhkəmə Azərbaycanı əsirlərin ləyaqətini alçaldan rəftara məruz qalmamasını təmin etməyi tapşırıb. Haaqa tribunalı həmçinin etnik ədavətin yayılmaması və ya qızışdırılmaması barədə qərar verib.

“Ən mühümü ki, məhkəmə Azərbaycanı nifrət nitqinin qarşısını almaq üçün ən yüksək səviyyədə tədbirlər görməyi tapşırıb. Hazırda Haaqada iki iş var. biri Azərbaycana qarşı, digəri güzgüvari  iddiadır, Azərbaycan tərəfindən  Ermənistana qarşı qaldırılan  iddiadır.

Hazırda AİHM-in icraatında olan işlərə baxılır, yəni tərəflər hər iki iş üzrə əsas iddialarını təqdim etməlidirlər. Gələn il də bu istiqamətdə çalışacağıq”.

Ermənistanın Türkiyəyə qarşı şikayəti araşdırılır, çünki, Liparit Drmeyan qeyde dib ki,   Türkiyə silahlı qüvvələrinin də döyüş əməliyyatlarında iştirak etdiyinə dair faktlar kifayət qədərdir.

Lakin bu iddianın təfərrüatları hələlik məlum deyil, hazırda hakimlərin tərkibi öyrənilir.

Beynəlxalq Hüquq məsələləri üzrə nümayəndəlik aparatının rəhbəri vurğulayır ki, təəssüflər olsun  ki, Azərbaycan bütün hallarda Beynəlxalq Məhkəmənin qərarlarına lazımi reaksiya vermir.

Məhz buna görə də Avropa Məhkəməsi 2021-ci ilin martında Avropa Məhkəməsinin hökmünün icrasına nəzarət edən orqan olan Nazirlər komitəsinə bildiriş göndərib.

“Bizim  fikrimizcə, Azərbaycanın bu cür davranışı məhkəmə tərəfindən yekun qərarla qiymətləndiriləcək və bu qərar onun qərarlarına əməl edilməməsində konkret pozuntu kimi qeydə alınacaq” – deyərək Liparit Drmeyan bildirib.

İstintaq Komitəsinin məlumatına görə, 44 günlük müharibədən sonra 199 hərbçi və 21 mülki şəxsin yeri hələ də məlum deyil. İtkilərin ümumi sayı 3809 nəfərdir.

Daha çox göstər
Back to top button