Ermənistan prezidentinin istefasını geri götürməsi üçün bir həftə vaxtı var: Alen Simonyan

ER prezidenti Armen Sarkisyan bir həftə ərzində istefa ərizəsini geri götürməsə, onun səlahiyyətlərinin dayandırılması ilə bağlı protokol tərtib olunacaq. Bu barədə ER Parlametinin sədri Alen Simonyan bildirdi.

O qeyd edib ki,  ER prezidenti Konstitusiyanın 142-ci maddəsinin və Parlamentinin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən istefa ərizəsi təqdim edib.

“Parlamentinin qanununa əsasən, istefanın dərcindən sonra bir həftə ərzində müvafiq vəzifəli şəxs yazılı ərizə ilə istefasını geri götürərsə, Parlamentinin sədri bu barədə bəyanatla çıxış edir. Əgər o, istefasını geri götürməzsə, o zaman onun səlahiyyətlərinin dayandırlıması haqqında protokol tərtib edilir və bu protokol Parlamentinin sədri tərəfindən imzalanır və dərc olunur. Protokol dərc edildiyi andan etibarən istefa qəbul edilmiş sayılır”,- Alen Simonyan yazdı. 

Daha çox göstər
Back to top button