Müsavat fəalı Tik-Tok-da paylaşdığı yazıya görə polisə çağırıldığını bildirib

Müsavat Partiyasının Gənclər Təşkilatının fəalı Əziz Məmiyev sosial şəbəkələrdə tənqidi nəşrinə görə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Məmiyevin Turan-a verdiyi məlumata görə, o, cinayət axtarışı şöbəsinin rəisinin və əməliyyat işləri üzrə rəis müavininin yanına aparılıb.

“Polis idarəsinə çağırılmağımın səbəbini soruşduqda mənə dedilər ki, mənim gmail, facebook, Whatsap hesablarıma kiberhücumlar haqqında şikayətlərimi araşdırırlar.

Dedilər ki, polisin bununla heç bir əlaqəsi yoxdur. Amma söhbət zamanı mənə başa saldılar ki, idarəyə çağırılmağımın səbəbi tənqidi nəşrlərimdir. 

Mənə dedilər ki, hakimiyyəti tənqid edirsən, bu, sənin öz işindir, amma bunu diqqətli et və İlham Əliyevə söymə. Bundan sonra mənə Tik-Tok-dakı repostumu göstərdilər” -deyə Məmiyev bildirib.

“Profilaktik söhbətdən” sonra bunun “xəbərdarlıq” olduğuna eyham edərək, onu sərbəst buraxıblar.

“Polisə çağırılmağım siyasi motivli idi, bunu ifadə azadlığına təzyiq kimi qiymətləndirirəm”, deyə Məmmədov bildirib.

O qeyd edib ki, Tik-Tok-dakı nəşr KİV-in videosunun repostu idi. “Bu videoda söhbət hakimiyyət dəyişikliyindən gedirdi” – deyə Məmiyev bildirib.

Daha çox göstər
Back to top button