BaşlıcaSiyasət

Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi ətrafında danışıqların aparılmasının mühümlüyündən danışıb

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, lakin sənəd imzalanmamışdan öncə qeyd olunmalıdır ki, bu, danışıqların nəticəsidir.

Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün təşkil olunmuş onlayn mətbuat konfransı çərçivəsində  qeyd edib.

“Biz düşünürük ki, o danışıqlar keçirilməlidir və Ermənistan buna hazırdır” – deyərək Paşinyan bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin məqsədinin məhz sülh sazişinin imzalanması olduğunu vurğulayıb.

Haçan ki,danışıq sənədlərinə baxırıq, nəhayət bütün prosesin məqsədi sülh sazişinin imzalanmasıdır. Bizim də bir sülh gündəliyimiz var və biz sülh müqaviləsi imzalamaq gündəmini izləməliyik.

Amma hər hansı bir  müqavilə imzalamadan öncə danışıqlar aparılmalıdır. Ermənistan danışıqlara hazırdır. Nəhayət bütün bu məsələlərin müzakirəsi məhz həmin problemlərin həlli üçündür”.

Paşinyan rəsmi Yerevanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində olub-olmaması, Azərbaycan tərəfinin  aqressiv ritorikası olacağı təqdirdə regionda sülhə nail olmağın mümkün olub-olmaması sualına cavab verərkən deyib:

Son dövrdə Azərbaycan tərəfidən səsləndirilən  bəyanatları dinləyərkən  həmin bəyanatlardakı rasional və emosional cəhətləri ayırd etmək üçün bəzi nüanslara  reallığımızda dərk olunmayan, həmin ifadələrdəki rasional-emosional cəhətlərə  diqqət yetirmək istərdim.

Son vaxtlarda müzakirəmiz zamanı bir analitik çox  mühüm bir müşahidə səsləndirdi.O, diqqəti  o fakt üzərində cəmləşdirdi ki, Azərbaycandan mütəmadi şəkildə  açıqlamalar səsləndirilir.Onlar o  bəyanatlara  güzgülüdür hansılar ki,Ermənistanda 1994-cü ildən sonra  səslənən bəyanatlardır.

Məsələn, haçan ki,Azərbaycan tərəfindən  Qarabağ məsələsinin həll olunduğu elan edilir.Həmin analitik diqqətimi o fakt üzərinə çəkdi ki, 1994-cü ildən sonra onilliklər uzunu, Ermənistan və Artsaxdan Qarabağ məsələsinin həll olunduğuna dair bəyanatlar verildi.

Yerevanın Azərbaycan şəhəri olması ilə bağlı  müntəzəm olaraq bəyanatlar səslənir və s.. Analitik diqqətimi ona çəkdi ki, 1994-cü ildən sonra Bakının erməni şəhəri olmasıyla bağlı  da  çox  açıqlamalar səsləndirilib. Yəni, o ifadələrdə  yığılmış qisas elementi var  və biz  bunu nəzərə almalıyıq.O emosional vəziyyət proses  üçün  faydalı deyil”.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması ilə bağlı müzakirələrə toxunan Paşinyan  qeyd edib ki, ER parlamenti tərəfindən 1992-ci ildə ratifikasiya olunmuş saziş var ki, orada Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır və oxşar  sazişi eləcə də Azərbaycan tərəfi ratifikasiya edib.

O, vurğulayıb ki, danışıqların əsasına çevrilən Madrid prinsiplərindən biri də hər iki tərəfdən qəbul edilmiş ərazi bütövlüyü prinsipidir.

Baş nazir Ermənistanın regionu üçün dinc inkişaf regionunun açılması gündəliyindən danışaraq  qeyd edib:

“Bu, bizim üçün strateji gündəmdir. Biz bunu hökumətin proqramına qəbul edib qeyd edərkən  mən dəfələrlə demişəm ki, biz başa düşürük ki, bu, heç də bizdən asılı deyil.Amma bu gündəmi biz ardıcıllıqla izləyəcəyimiz aydın məsələdir. Mən istəyirəm ki, məsələlərə rasional sahədə baxaq”.

Daha çox göstər
Back to top button