Başlıcaİctimaiyyət
ÜST istisa etmir ki, omikron dalğasından sonra Avropada epidemiya bitəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istisna etmir ki, omikron dalğasından sonra Avropada pandemiya bitəcək. Bunu “AFP”-yə müsahibəsində ÜST-nin Avropa regionu üzrə direktoru Hans Klugen bildirdi.
Onun sözlərinə görə, çox guman ki, region epidemiyanın son mərhələsinə yaxınlaşır. Lakin Kluge SARS-CoV-2 virusunun mümkün yeni versiyalarını barədə xəbərdarlıq etdi.
ÜST nümayəndəsinin qeyd etdiyi kimi, Avropada omikron dalğası səngidikdə, bir neçə həftə və ya ay ərzində qlobal imunitet olacaq.
O qeyd etdi ki, mart ayına qədər Avropa regionunda əhalinin 60 faizindən çoxu SARS-CoV-2 omikron mutasiyasına yoluxa bilər. “Omikron” adlandırılan B.1.1.529 versiyası ilk dəfə 2021-ci ildə Cənubi Afrikanın Botsvana şəhərində aşkarlanıb.