BaşlıcaSiyasət

Avstriyanın Xİ naziri Ermənistana səfər edəcək

Avstriyanın Xarici işlər naziri Aleksandr Şalenberq Ermənistana səfər edəcək.  Bu haqda Avstriya XİN “Twitter” mikrobloqunda deyilir.

“Xarici işlər naziri Aleksandr Şalenberqin gələn həftə Yerevana səfəri ikitərəfli münasibətlərimizi möhkəmləndirmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün yaxşı fürsət olacaqdır” – deyərək məlumatda bildirilir.

Ermənistan  və Avstriya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ermənistan Respublikası  və Avstriya Respublikası düz 30 il əvvəl, 1992-ci il yanvarın 24-də  ikitərəfli diplomatik əlaqələr qurmuşdur.

Ermənistan və Avstriya həm ikitərəfli, həm də BMT, ATƏT və s. kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər.

30 il ərzində, Ermənistan və Avstriya hökumətləri arasında əməkdaşlıq, qarşılıqlı yardım, tərəfdaşlıq haqqında 12 saziş, 6 anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Daha çox göstər
Back to top button