
“Mülki müqavilə” fraksiyasının deputatı Artur Hovhannisyan yaxında Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxartması barədə KİV-lərdə yayılan xəbərləri təkzib edib. Bu barədə deputat brifinq zamanı bildirib.
Qeyd edək ki, mətbuatda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində Gümrüdən 102-ci hərbi bazanın mümkün çıxarması barədə xəbərlər yayımlanmışdı.
“Öncəliklə qeyd etməliyəm ki, Ermənistan və Rusiya strateji müttəfiqlərdir. Rusiyanın hərbi bazası Gümrüdən çıxartma şayiələri əsassızdır”,-deyə Hovhannisyan vurğuladı. O əlavə etdi ki, bu cüe xəbərlər uydurmadır.
Fraksiyanın digər deputatı Vahagn Hovakimyan isə, deyib ki, Rusiyanın hərbi bazası ilə müqavilə 2049-cu ilədək bağlanmışdır və bu xəbərlər absurddur.