
Ermənistan Respublikasının Silahlı Qüvvələrinin aviasiyası desant, yanğın, nəqliyyat və sanitar işləri yerinə yetirmək üçün nəzərdə tutulmuş müasir, çoxfunksiyalı yeni helikopterlərlə tamamlandı.
Bununla bağlı yanvarın 25-də “Erebuni” hava limanında təntənəli tədbir keçirilib. Tədbirdə ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyanın iştirak edib.
ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi helikopterlərin taktiki-texniki xüsusiyyətləri ilə tanış olub.