
Yanvarın 27-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın koronavirus testinin cavabı mənnfidir. Artsax prezidentinin mətbuat katibi Lusine Avanesyan “Armenpress”lə söhbətində bildirib.
“Artsaxda epidemiya ilə şərtlənən məhdudiyyətlər müşahidə olunur, prezidentin bütün görüşləri, səfərlər epidemiyaya qarşı məhdudiyyətlər qaydalarına uyğun olaraq həyata keçirilir”, – deyə Lusine Avanesyan bildirib.
Artsax prezidenti Arayik Harutyunyan yanvarın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Həmin gün baş nazir Nikol Paşinyanın və Artsax Respublikasının prezidenti Arayik Harutyunyanın sədrliyi ilə Artsaxda sosial və infrastruktur problemlərinin həllinə həsr olunmuş məsləhətləşmə keçirilib.
Ermənistan hökuməti yanvarın 26-da baş nazir Nikol Paşinyanın koronavirus testindən keçdiyini və müsbət nəticə verdiyini açıqlayıb. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib.