Rusiya sülhməramlıları Artsaxda 400-dən çox avtomobilin təhlükəsiz hərəkətini təmin ediblər

Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir gün ərzində Artsaxda 400-dən çox avtomobilin və 1,5 minə yaxın insanın təhlükəsiz hərəkətini təmin ediblər. Bu barədə RF Müdafiə Nazirliyi bildirir.

Qeyd olunur ki, Dağlıq Qarabağın təmas xətti boyunca yerləşən 27 keçid məntəqəsində və Laçın dəhlizində hərbçilər gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə nəzarət edirlər.

“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələri normal rejimdə işləyir. Mümkün təxribatların qarşısını almaq üçün bütün avtomobillər texniki baxışdan keçirilir, zərurət yarandıqda da yoxlanılırlar və atəşkəs rejiminə nəzarət edilir”,-məlumatda deyilir.

Kontingentin bütün keçid məntəqələri hərbi qulluqçuların odlu silahlardan, qəlpələrdən qorunması, habelə ətraf əraziyə dairəvi nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulmuş “Blokpost” istehkamları ilə təchiz olunub.

Daha çox göstər
Back to top button