BaşlıcaSiyasət

AŞPA Ermənistan nümayəndə heyətinin təklif etdiyi bütün dəyişiklikləri qəbul edib

Yanvarın 27-də AŞPA “Ermənistanda demokratik institutların fəaliyyəti” adlı qətnaməni qəbul edib. Bu barədə ER Parlamentinin vitse-spikeri Ruben Rubinyan öz “Facebook” səhifəsində yazıb.

“Qətnamə mətnində Ermənistan nümayəndə heyətinin təklif etdiyi bütün dəyişikliklər qəbul edilib, Azərbaycan nümayəndə heyətinin bütün təklifləri rədd edilib.

Müzakirələr zamanı həmməruzəçilər və digər çıxış edənlər Ermənistanın seçdiyi demokratik yolu və islahatları yüksək qiymətləndiriblər.

Qətnamədə əsasən Ermənistanda demokratik islahatlar prosesinin nailiyyətləri, gələcək addımlar, seçki islahatları, əks tarazlıq mexanizmləri, məhkəmə-hüquq islahatları, ölkədəki ümumi siyasi mühiti, media ilə bağlı vəziyyət, eləcə də siyasi sahədə demokratik mədəniyyətin gücləndirilməsi məsələlərinə toxunulub” – deyə Rubinyan yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə və 2020-ci ildə 44 günlük müharibəyə toxunaraq Assambleya milli təhlükəsizlik baxımından siyasi gündəmdə olan məsələləri qeyd edib, erməni hərbi əsirlərin geri qaytarılmasının, mədəniyyətin qorunub saxlanmasının vacibliyini bir daha təsdiq edib və nifrətin yolverilməzliyini qeyd edib. Assambleya Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində ədalətli və davamlı həllinin zəruriliyini vurğulayıb.

Daha çox göstər
Back to top button