“Garegin Njdeh” filminin nümayişi hadisəsiz keçib: Rusiya Erməniləri Birliyi

Rusiya Erməniləri Birliyi (REB) mətbuat xidməti 2022-ci il yanvarın 28-də REB-in Gənclər Mərkəzində erməni milli qəhrəmanı Garegin Njdeh haqqında filmin nümayişi ilə bağlı Azərbaycan tərəfinin saxta təxribat faktına aydınlıq gətirib.
“Qaregin Njdeh” filminin nümayişi heç bir ifrata yol vermədən keçdi. Markov və onun kimi başqalarının səsləndirdiyi bütün digər versiyalar onların kürü sponsorlarının həyata keçməmiş arzusudur”- deyə REB-in vitse-prezidenti Levon Mukanyan öz “Facebook” səhifəsində yazıb.
“Rusiya Erməniləri Birliyi REB-də film nümayişi mövzusundan istifadə edərək təşkilatımızı alçaltmağa çalışan, SSRİ xalqları ilə çiyin-çiyinə faşizmə qarşı qalib gələn qəhrəman əcdadlarımızın şərəfli adına ləkə gətirməyə cəhd edən bütün təxribatçılara qarşı istintaqa başlayacaq.
Eyni zamanda, Rusiyada faktiki olaraq hər an istənilən “sifarişə” qoşulmağa hazır olan xarici kəşfiyyat şəbəkəsinə malik olması və bir təşkilat kimi bizə və Rusiya Federasiyasına qarşı eyni güclə hərəkətə keçməsi tendensiyasını da son dərəcə təhlükəli hesab edirik.
Garegin Njdehə gəlincə, üç il əvvəl Rusiya Erməniləri Birliyi Ermənistanın baş naziri Paşinyana məktub yazaraq, Garegin Njdehin şərəfini bərpa etmək üçün Rusiya-Ermənistan komissiyasının yaradılması təşəbbüsünü irəli sürməyi təklif edib. Bu, Rusiyanın müvafiq arxivlərinə daxil olmağa və həqiqətə çatmağa imkan verəcəkdi”- deyə yazıda qeyd olunub.