BaşlıcaSiyasət

Mirzoyan: Azərbaycan Ermənistan tərəfinin təkliflərinin hansı hissəsinin onun üçün qəbuledilməz olduğunu dəqiqləşdirməyib

Azərbaycan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyasına, gərginliyin azaldılmasına, təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılmasına yönəlmiş Ermənistan tərəfinin təkliflərindən hansının onun üçün qəbuledilməz olduğuna hələ aydınlıq gətirməyib.

Bu haqda  Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbəti zamanı qeyd edib.

“Bizim hələ ki, dəqiqləşdirmələrimiz yoxdur, dəqiqləşdirmələrə düzəlişlər edilir. Daimi müzakirələr gedir, müzakirələr davam olunmaqdadır. İndi biz aydınlaşdırmağa çalışırıq ki, hansı hissə qəbuledilməzdir, hansı əsasla, buna əsasən hansı yeni həll yolları tapıla bilər?” – deyərək Mirzoyan qeyd edib.

Yanvarın 14-də RF Xİ naziri Sergey Lavrov bəyan edib ki, Ermənistan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya  və demarkasiya komissiyası ilə bağlı yeni təklifləri var və onu Rusiya Bakı tərəfinə ötürəcək.

“Dünən mən yeni təklifləri olan erməni həmkarımla əlaqə saxladım. Onları Bakıya göndərəcəyik. Komissiyanı mümkün qədər tez işlətməliyik” – deyə Lavrov bildirib.

Yanvarın 19-da parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı ER Xarici işlər naziri Ararat Mirzoyan təsdiqləyib ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyasına, sərhəddəki vəziyyətin  cüziləşdirilməsinə, təhlükəsizlik və sabitliyə  yönəlmiş Rusiya tərəfinə  olduğu kimi eləcə də RF vasitəçiliyiylə Azərbaycana və həmkarlara tədbirlər paketini hazırlayıb.

Daha sonra Azərbaycandan Bakı üçün  Yerevanın ilkin şərtləri qəbuledilməz olduğu barədə bəyanatlar səsləndi.

 Bunun ardınca ER Xİ nazirliyinin bəyanatında deyilir ki, Ermənistan tərəfinin demarkasiya məsələsində heç bir ilkin şərti yoxdur, söhbət əldə olunmuş razılaşmalardan gedir.

 “Addımlar əldə edilməlidir ki,erməni-azərbaycan sərhəddində  təhlükəəsizlik və  qəyyumluğun səviyyəsini yüksltmək və  delimitasiya və demarkasiya məsələsində ikitərəfli  komissiya  formalaşdırmaq nail olsun”.

Bu razılaşma bir daha təsdiqləndi. Dekabrın 14-də Avropa Şurası sədrinin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü zamanı qoşunların çıxarılması ilə bağlı razılıq əldə olunub.

Onun sözlərinə görə, erməni tərəfinin təklifləri ilkin şərtlərlə bağlı deyil, əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlıdır.

Ermənistan Respublikası Xarici işlər nazirliyinin sözçüsü Vahan Hunanyan  jurnalistlə söhbətində bildirib ki, Ermənistan Respublikası yuxarıda qeyd olunan razılaşmalara uyğun olaraq sərhədin demarkasiyası prosesinin tezliklə başlamalı olduğunu düşünür” – deyərək   ER XİN mətbuat katibi Vahan Hunanyan bəyan edib.

Daha çox göstər
Back to top button