BaşlıcaSiyasət

Müharibədən sonra 300 erməni və azərbaycanlı hələ də itkin düşüb: BQXK

2020-ci ildə Dağlıq Qarabağda baş verən hərbi əməliyyatlardan sonra təxminən 300 nəfər (erməni və azərbaycanlı) hələ də itkin sayılır. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) müharibədən sonrakı vəziyyətlə bağlı görülən işlər və onun nəticələri ilə bağlı məqalə dərc edib.

“2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi nəticəsində hələ də itkin düşənlərin sayı 300-ə yaxındır. 2020-ci ilin noyabrında atəşkəs imzalanandan bəri 1700-dən çox insanın meyiti tapılıb və onların şəxsiyyətinin müəyyən edilərək ailələrinə qaytarılması prosesinə başlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi Rusiya sülhməramlıları ilə birlikdə insan qalıqlarının tapılması üçün 360-a yaxın əməliyyata şərait yaradıb və yerli xilasetmə qruplarına köməklik göstərib. Şərait həmişə son dərəcə təhlükəlidir, çünki ərazi minalar və partlamamış hərbi sursatlarla doludur və üstəlik, qışda görünmə demək olar ki, sıfıra enir”, – BQXK-nın nümayəndəsi Kristofer Poul bildirib.

O diqqətə çatdırıb ki, 2020-ci ilin noyabr eskalasiyası nəticəsində itkin düşən yüzlərlə insanla yanaşı, 1990-cı illərdən bəri davam edən münaqişə nəticəsində itkin düşənlərin sayı 4500-dən çoxdur.

Daha çox göstər
Back to top button