
Ermənistan Rusiya ilə, xüsusən də hərbi sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bunu parlamentdə jurnalistlərlə söhbətində parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri, “Mülki müqavilə” fraksiyasının deputatı Eduard Ağacanyan deyib.
Eyni zamanda o, 44 günlük müharibədən sonra Moskvanın Ermənistana təsirinin artması ilə bağlı deyilənlərlə də razılaşmayıb. Deputatın sözlərinə görə, ölkənin xarici siyasəti milli maraqlar nəzərə alınmaqla qurulub.
“44 günlük müharibədən sonra Rusiya Ermənistanda təhlükəsizlik sisteminin qurulmasında əsas rol oynamağa başladı. Biz Moskva ilə əməkdaşlığı dərinləşdirmək niyyətindəyik, xüsusən də hərbi sahədə”, – Ağacanyan bildirib.