Başlıcaİctimaiyyət

Nina Haçigyan Pentaqonun Siyasət Şurasının üzvü təyin olunub

Los-Anceles icra hakimiyyət başçısının beynəlxalq məsələlər üzrə müavini Nina Haçigyan ABŞ Müdafiə Nazirliyinin Siyasət Departamentinin üzvü təyin olunub. Amerikadakı Erməni Assambleyası bildirdi ki, Madlen Olbrayt və Henri Kissincer şuranın üzvləridir.

“Asambleya bu mötəbər təyinat münasibətilə səfir Haçiqyanı təbrik edir. Səfirin onilliklər təcrübəsini nəzərə alaraq, onun şərəflə xidmət edəcəyinə heç bir şübhəmiz yoxdur”,- deyə qeyd olunub.

2014-2017-ci illərdə səfir Haçigyan ABŞ-ın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında (ASEAN) ikinci səfiri vəzifəsində çalışıb. O, xidmətlərinə görə Dövlət Departamentinin Ali Şərəf Mükafatına layiq görülüb.

2012-ci ildə Obamanın Asiya kampaniyası siyasətinin həmsədri olub. Bundan əvvəl səfir Haçigyan dörd il ərzində RAND Asiya-Sakit Okean Siyasəti Mərkəzinə rəhbərlik edib.

1998-1999-cu illərdə Klintonun prezidentliyi dövründə o, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Administrasiyasında çalışıb.

Daha çox göstər
Back to top button