Qızıl Xaç təşkilatının nümayəndələri Bakıda erməni əsirlərə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərlə görüşüb. Bu barədə “Sputnik Armenia”-ya BQXK nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirdi.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ölkə tərəfindən rəsmən təsdiqlənən bütün şəxslərlə görüşə icazə verib. Onların arasında həm 2020-ci il müharibəsində, həm də 2021-ci ilin noyabrında baş verən hücumdan sonra əsir götürülən şəxslər də var.
Əsirlərin yaxınları Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistandan əsirlərə məktublar və video mesajlar göndərib, onlar Azərbaycandan Ermənistana cavab məktubları və video mesajlar gətiriblər.
Zara Amatuni qeyd etdi ki, növbəti belə görüş təsdiq edilmiş dövriliyə uyğun olaraq fevral ayında baş tutacaq.