
Ermənistanın İqtisadiyyat Nazirliyi bir sıra statistik məlumatları dərc edib. 2021-ci ilin yanvar-dekabr aylarında Ermənistanda iqtisadi fəallıq indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artıb.
2021-ci ilin dekabr ayında Ermənistanda iqtisadi aktivlik indeksi əvvəlki ayla müqayisədə 24,1%, əvvəlki ilin eyni ayı ilə müqayisədə isə 9,9% artıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-dekabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb.