
Artsax Respublikasının prezidenti Arayik Harutyunyan konstitusiya islahatları üzrə komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Bu barədə Artsax prezidentinin aparatı məlumat yayıb.
“Sərəncamla Artsax Respublikası Prezidentinin Aparatının Hökumətlə Əlaqələr Şöbəsinin rəhbəri Arayik Lazaryanın rəhbərlik etdiyi komissiyanın tərkibi təsdiq edilib” – deyə məlumatda bildirilir.
Fərmana əsasən, komissiyaya üç ay müddətində Artsax Respublikasının konstitusiya islahatları konsepsiyasını prezidentə təqdim etmək tapşırılıb.