
RF Xİ nazirinin müavini Andrey Rudenko Avropa Birliyinin Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla sonuncunun təşəbbüsü ilə telefon danışığı aparıb.
Bu haqda RF Xİ nazirliyi məlumatıandırıb.
Həmsöhbətlər növbəti 56-cı mərhələsi ərəfəsində Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair beynəlxalq müzakirələrin hazırkı vəziyyətini, eləcə də Ermənistan və Azərbaycan arasında nizamlanma prosesi məsələsini ətraflı şəkildə müzakirə ediblər.