ArtsaxBaşlıca

Artsax parlamentinin gündəliyinə Azərbaycan tərəfinin okupasiyası ilə bağlı qanun layihəsi daxil olunub

Qanun layihəsinin hazırlanmasında parlamentin  bütün beş fraksiyası iştirak edib. “Daşnaksütyun” fraksiyasının lideri Artur Mosiyan deyib ki, bu, heç bir fikir ayrılığı ola bilməyən məsələdir.

“Qanuna ehtiyac var, deyə bilərik ki, o artıq gecikibdir.Azərbaycan Türkiyənin və beynəlxalq terror təşkilatlarının köməyi ilə müharibəyə başlayıb və Artsax Respublikasının böyük bir hissəsini işğal edibdir.

Odur ki, həmin ərazilərin hüquqi statusundan, soydaşlarımızın qanuni hüquqlarından danışmaq  vacibdir. Bu olsun yaşamaq hüququ, mülkiyyət hüququ və s.”

Qanun hətta 2020-ci il müharibəsindən əvvəl də Artsax Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş işğal olunmuş ərazilərə şamil ediləcəkdir.

“Bizdə DQMV anlayışı yoxdur, bizdə Dağlıq Qarabağ Respublikası, DQR Konstitusiyası var, onun 175-ci maddəsində deyilir ki, ərazilərimiz qaytarılana qədər, sərhədlərimiz dəqiqləşdirilənə qədər, dövlət hakimiyyəti bizim yurisdiksiyamızda olan ərazilərə şamil edilir.

“Təəssüflər olsun  ki, müharibədən sonra indi mövcud olan ərazilər bizim yurisdiksiyamızdadır, lakin qalan ərazilərin statusu olmalıdır”.

 Qanuna görə, üç Artsax müharibələri nəticəsində işğal olunmuş ərazilərə aydın status verəcək. Bu haqda  “Azad Vətən” fraksiyasının lideri Artur Harutyunyan deyir.

Qanunun iki tərəfi var. Əvvəla, bu, vətəndaşlarımızın hüquqlarının qorunmasına yönəlib, ikincisi, beynəlxalq ictimaiyyətə olan bir mesajdır. Qaqik Bağunts qeyd edir ki, təbii ki, yaxın gələcəkdə bunun heç bir nəticəsi olmayacaq.

Amma onun mövcudluğunun gələcəkdə daha əlverişli geosiyasi şəraitdə aktiv olması mümkündür.

“Haçan Beynəlxalq hüquq müstəvisində məsələ ilə bağlı müzakirələr aparılsa, o zaman bizim bu qanuna istinad etmək üçün əsasımız olacaq”.

Milli Assambleya qanun layihəsini fevralın 16-da birinci oxunuşda müzakirə edəcək. İkinci oxunuş və qəbul “Artsax hərəkatı”nın 34-cü ildönümü ərəfəsində fevralın 18-nə təyin edilib.

Daha çox göstər
Back to top button