BaşlıcaTəhlil

Regionumuzda kommunikasiyaların açılması “Şimal-Cənub” magistralının tikintisinə təsir etməməlidir

Regionumuzda kommunikasiyaların açılması şəraitində dəmir yolları fəaliyyətə başlasa, bu, “Şimal-Cənub” magistralının tikintisinə təsir etməməlidir, çünki İran tərəfi bu magistral yolu öz tərəfindən irəli sürdüyü Fars körfəzi Qara dənizi ilə birləşdirən nəqliyyat qovşağının ən mühüm komponentlərindən biri hesab edir. Bu barədə “Sputnik Armenia” ilə söhbətində iranşünas Vardan Voskanyan deyib.

“Aydındır ki, bu həm də Azərbaycan tərəfinə Syunik bölgəsinin İran üçün nə qədər əhəmiyyətli olması ilə bağlı bir mesajdır. Əgər əlavə etsək ki, İran Kapanda konsulluq açmağa və regionda faktiki və daimi diplomatik nümayəndəliyə malik olmağa hazırlaşır, o zaman Ermənistan da İran tərəfinin əhval-ruhiyyəsini nəzərə almalıdır”- deyə iranşünas qeyd edib.

Voskanyanın sözlərinə görə, İran Ermənistanla birbaşa quru əlaqəsinin tərəfdarıdır və bu, Syunik vasitəsilə həyata keçirilməlidir. İraşünas qeyd edib ki, bu halda Ermənistan əhəmiyyətli iqtisadi faydalar əldə edəcək və İran da beynəlxalq tranzitin həyata keçiriləcəyi Syunik bölgəsinin təhlükəsizliyində də maraqlı olacaq.

“Bura Hindistanın marağını da nəzərə alsaq ki, “Şimal-Cənub” magistral yolu Hindistanın irimiqyaslı layihəsinə uyğundur, çünki o yol Hindistan və Fars körfəzi ölkələrini Qara dənizi ölkələri ilə birləşdirərək Avropaya və Rusiya Federasiyasına çıxışı təmin edə bilər”- deyə Vardan Voskanyan vurğulayıb.

İranşünasın fikrincə, Meğri dəmir yolunun bərpasına dair razılaşma yalnız Azərbaycanın Naxicevan və Türkiyə ilə əlaqəsini təmin etmək məqsədi daşıyır, çünki Culfa-Cuğa-Yerasx istiqaməti İran üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir.

Daha çox göstər
Back to top button