Müharibədən sonra Stepanakertdəki “Tümo” mərkəzi yeni nəfəs alacaq

“Tumo” Yaradıcı Texnologiyalar Mərkəzi Stepanakertdəki “Tumo” mərkəzinin fəaliyyətini bərpa etmək üçün hər şeyi edəcək. Artsaxda üç yeni “Tumo” mərkəzi açılacaq. Bunu mərkəzinin direktoru Mari Lu Papazyan bildirdi.
Mərkəzin direktoru bildirib ki, müharibədən əvvəl Stepanakertdəki “Tümo” mərkəzində 1000-ə yaxın tələbə olub. Askeran, AMrtakert və Martunidə yeni mərkəzlər açılacaq.
“Tumo Box” hər il təxminən 320 gəncə texnologiya və dizayn sahələrində təhsil vermək imkanı verəcək. “Tumo box” ilə mərkəz arasında əlaqə yaradırıq. Beləliklə, yəqin ki, əvvəlki 1000 və ya daha çox tələbə sayımıza çatacağıq”,- deyə Mari Lu Papazyan bildirdi.

Papazyan qeyd edib ki, “box” gənclərə işlərini görərkən yaşayış yerini tərk etməmək imkanı verir.
“Böyüklər üçün proqramlar olacaq. Biz işləyirik ki, Artsaxda həftədə bir və ya iki dəfə böyüklər üçün kurslar keçirək. Xarici universitetlər və proqramları ilə əlaqələ yaratmaq itiqamətində də işləyirik”,- o qeyd etdi.
Stepanakertdəki “Tümo” mərkəzinin fəaliyyətinə qayıtmaq üçün açıq və pulsuz film nümayişləri təşkil olunur. Onlar təkcə mərkəzin tələbələrini deyil, həm də qonaqları qəbul edirlər.

“Artsaxı tanıyaraq, orada gənclərimizi tanıyaraq, əminəm ki, əvvəlki fəaliyyət bərpa olunacaq. Oaradakı tələbələr həmişə çox fəal və güclü olublar, “Tümo” ilə maraqlanıblar”,- “Tumo” mərkəzinin direktoru vurğuladı.
Mərkəzin binasına müharibə zamanı heç bir ziyan dəyməyib. Mərkəzin direktoru mühribə itkiləri barədə də danışıb.

“Biz ən böyük itkiləri Stepanakertdə vermişik, lakin gənclərimizi həmişə xatırlayacağıq. Onların müdafiəmizə verdiyi töhfə bizi daha çox gücləndirir”,- Mari Lu Papazyan bildirdi.