ArtsaxBaşlıcaSiyasət

Artsax Prezidenti yeni yaşayış məntəqələrinin inşa prosesi ilə tanış olub

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Askeran rayonunun Noragyuğ, Hovsepavan, Astğaşen və Aygestan kəndlərində müharibədən sonra didərgin düşmüş ailələr üçün tikilən yeni yaşayış məntəqəsinin inşa prsosesi ilə tanış olub. Yeni yaşayış məntəqəsində işğal olunmuş Hadrut rayonun Azox, Draxtik kəndləri, Şuşi rayonunun Karin tak, Askeran rayonunun Avetaranots, Sğnxa, Crağatsner, Moşxumhat və Madataşen kədlərinin sakinləri üçün nəzardə tutulur.

Artsax Respublikasının Prezident Administrasiyasından verilən məlumata görə, prezident mənzil tikintisi prosesi ilə tanış oldu, mövcud problemləri müzakirə etdi.

“Yeni yaşayış məntəqələrinin ərazilərində abadlıq-quruculuq işləri aparılacaq. Bu ərazilərdə bağları və istixanalar salınacaq, əhalinin məşğulluğu məsələsinin əsaslı şəkildə həllinə imkan verəcək”,- mənbə qeyd etdi.

Bildirilib ki, dövlət və xeyriyyə vəsaiti ilə tikilən mənzillər bir neçə mərhələdə istifadəyə veriləcək. Köçkün ailələrinin əksəriyyətinin mənzil təminatı problemi bu il öz həllini tapacaqdır.

Daha çox göstər
Back to top button