Avstriyanın xarici işlər naziri Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib (Fotolar)

Ermənistana işgüzar səfərə gələn Avstriya Respublikasının Avropa və Xarici işlər naziri Aleksandr Şalenberqin başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də ER Xİ naziri Ararat Mirzoyanın müşayiəti ilə hörmət əlaməti olaraq “Erməni Soyqırımı Xatirə kompleksini ziyarət edib.
Bu haqda Erməni Soyqırımı Muzey-İnstitutundan məlumatlandırılıb.
Qonaqları salamlayaraq Xatirə kompleksinin yaradılması hekayəsini Erməni Soyqırımı Muzey-institutunun direktoru Harutyun Marutyan təffərrüatla təqdim edib.

Hər iki ölkənin Xarici işlər nazirləri Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyub.
Sonrasa qonaqlar əbədi məşəl önünə gül dəstələri düzüb, anılan Erməni Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
