
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirib.
Xatırladaq ki, fevralın 2-də ER XİN başçısı Ararat Mirzoyan bildirmişdi ki, Azərbaycan hətta BQXK-nin humanitar fəaliyyəti üçün maneələr törədir.
Abdullayeva bildirib ki, “Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipli əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir.
Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir. Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin” – XİN rəsmisi əlavə edib.
Ancaq Azərbaycan XİN nümayəndəsinin qeyd etdiyi qətnamənin tamamilə başqa mənası vardır. BMT-nin sənədi zərərçəkən tərəfnin humanitar yardıma razılığı və xahişini əsas götürür. DQ xalqı isə, Azərbaycan təcavüzünün qurbanı olaraq beynəlxalq təşkilatlara müraciyyət etmişdir. Lakin Azərbaycan faktiki olaraq Artsax üzərində nə hüquqi, nə de-fakto hüququna malik olmaqla həm ATƏT-in, həm də BMT-nin prinsiplərini pozur, buna qarşı çıxmağa çalışır.