
Ermənistan hesab edir ki, Türkiyə ilə sərhədlər açılmalı, “iki ölkə” arasında heç bir ilkin şərt qoyulmadan diplomatik əlaqələr qurulmalıdır.
Bu haqda Avstriyanın Xarici işlər naziri Aleksandr Şalenberqlə görüşərkən ER Xİ naziri Ararat Mirzoyan bildirib.
O, qeyd edib ki, son üç onillikdə Ermənistanın mövqeyi dəyişməyib.
“Məhz bu gözlənti ilə biz yenidən dialoq prosesinə cəlb olunmuşuq” – deyə Mirzoyan qeyd edib.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşünə toxunan XİN rəhbəri deyib ki, “bir sıra substantiv məsələlərə toxunulmasa da, prosesin uğurla davam edəcəyini göstərən müsbət siqnallar mövcuddur”.
Nazir Mirzoyan əlavə edib ki, “bu, təkcə bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”.