BaşlıcaSiyasət

Qriqoryan və Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini müzakirə ediblər

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Yerevana işgüzar səfərə gəlib. Səfəri çərçivəsində Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb.

 Görüşdə “Rusiya Dəmir yolları” ASC-nin baş direktoru, Direktorlar Şurasının sədri Oleq Belozyorov və Rusiya Federasiyasının Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin də iştirak ediblər.

Tərəflər Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Hər iki tərəf Cənubi Qafqaz Dəmir yolu şirkətinin Ermənistan iqtisadiyyatı üçün mühüm rolunu vurğuladılar. Şirkətlə konsessiya müqaviləsi çərçivəsində əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Görüş zamanı, həmçinin Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun gündəliyindəki məsələlərə, o cümlədən Cənubi Qafqaz region və Azərbaycanda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə toxunulub.

Daha çox göstər
Back to top button