BaşlıcaSiyasət

Şallenberq Türkiyə ilə münasibətlərin normallaşması haqqında: “Bu, Ermənistan üçün böyük bir addım olacaq”

Avstriya Xarici işlər nazirinin sözlərinə görə, regionda etimadın yaradılması və gərginliyin azaldılması üzərində işləmək lazımdır.

Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması bütün region üçün böyük addım olacaq.

Bu sözləri Avstriyanın Avropa məsələləri üzrə Federal naziri Aleksandr Şalenberq Yerevanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransın ərzində  deyib.

Onun sözlərinə görə, regionda etimadın yaradılması və gərginliyin azaldılması üzərində işləmək lazımdır.

“Qonşu Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şüurlu addımlar atılır. Bu, Ermənistan xalqı və bütün region üçün böyük addım olacaq” – deyərək Şallenberq bildirib.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki ölkənin Xarici işlər nazirləri diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalasa da, həmin sənədlər ratifikasiya olunmayıbdır.

2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşması üçün konkret addımlar atmağa hazır olduqlarını açıqladılar.

Onlar xüsusi nümayəndələr təyin etdilər, Ankara Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Serdar Kılıcı, Ermənistan isə parlamentin  sədr müavini Ruben Rubinyanı təyin etdi.

Yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü olub.

Daha sonra Xarici işlər nazirliyi bəyan edib ki, tərəflər ilkin şərt olmadan tam nizamlanmaya yönəlmiş danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button