
Ermənistan Rusiya və Azərbaycan ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılması məsələsini müzakirə edir. Bu barədə bu gün brifinq zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
O qeyd edib ki, Ermənsiatn öz öhdəliklərinə sadiq qalır və delimitasiya üzrə birgə komissiyanın yaradılmasına hazırdır.
“İndi biz Azərbaycan və Rusiya tərəfləri ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq tədbirləri müzakirə edirik. Artıq dedim ki, müxtəlif təkliflər verilib. Danışıqlar davam edir” – deyə Mirzoyan bildirib.