Başlıcaİctimaiyyət
Yerevan-İstanbul-Yerevan marşrutu üzrə ilk uçuş həyata keçirilib

Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.
Yerevan-İstanbul-Yerevan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.
Təyyarənin göyərtəsində 65 sərnişin olub.
İlkin mərhələdə Yerevandan İstanbula uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.


