Azərbaycan “Google”-də erməni toponimlərinə, “Facebook”-da milli qəhrəmanımıza qarşı mübarizə aparır

“Azerkosmos” “Google”-dən Artsaxdakı erməni toponimlərini azərbaycan dili ilə əvəz etməyi tələb etdi. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi isə “Google”-nin axtarış sistemlərində də eyni şeyi etməsi üçün danışıqlar aparır.
Kartoqraf Ruben Galeçyan qeyd etdi ki, rəqəmsal xəritədə yer adı istənilən ölkədə dəyişdirilə bilər,bunun üçün həmin ərazi beynəlxalq səviyyədə həmin ölkənin bir hissəsi kimi tanınmalıdı.
“Bu halda ad dəyişmə prosesi Azərbaycan üçün asan olmayacaq. İşğal olunmuş ərazilər Dağlıq Qarabağın bir hissəsidir, Azərbaycan suveren ölkənin torpaqlarını alıb, öz ərazisi deyildi, Azərbaycanın tərkibində olmayıb. Dağlıq Qarabağın statusu beynəlxalq səviyyədə müəyyən olunmayana qədər onların adları dəyişmək üçün haqqı yoxdur.
O, şəxsən “Google”-ə məktub göndərərək qeyd etdi ki, Azərbaycanın erməni yer adlarının dəyişdirilməsini tələb etməyə haqqı yoxdur. Artsax Ombudsmanı Geğam Stepanyan Google-a Artsaxdan məktub göndərib. O, Azərbaycanın təxribatlarına boyun əyməməyə, erməni coğrafi adlarını rəqəmsal xəritələrdən çıxarmamağa çağırıb.
Artsax mədəni irsinin monitorinq saytı “monumentwatch.org” da azərbaycanlıların tələbinə toxunub. Qeyd olunub ki, bununla “Silahlı münaqişə zamanı mədəni dəyərlərin mühafizəsi haqqında” 1954-cü il Konvensiyası və 1994-cü ildə Yaponiyada qəbul olunan Naranın sənədi pozulur. Azərbaycan tərəfi də bu müqaviləni imzalayıb.
Müharibənin davam etdiyi digər virtual platforma isə “Facebook”-dur. Hələ ki ötən ildən bəri “Facebook”-da Ermənistan Respublikasının, Artsax Respublikasının milli qəhramanı Monte Melkonyanıın şəkli və onun haqqında olan yazılar bloklanıb. Facebook təbii ki, bununla bağlı açıqlama vermir. Artsaxın dövlət naziri Artak Beqlaryan da bu məsələ ilə bağlı paylaşım etdi. O qeyd edib ki, onun “Facebook” səhifəsi yenidən azərbaycanlılar tərəfindən hücuma məruz qalıb və bunun nəticəsində xeyli məhdudiyyətlər qoyulub. Ermənistan ombudsmanı Arman Tatoyan da Ermənistanın milli qəhrəmanı, Artsax qəhrəmanının şəkillərinin, onun haqqında qeydlərlə bağlı bloklanması məsələsi ilə “Facebook”-a müraciət etdi. Ombudsman xüsusi şəkildə qeyd etdi ki, bu siyasət sosial mediada söz azadlığını pozur.