
Fevralın 3-də hökumət iclasında ER Baş naziri Nikol Paşinyan regional kommunikasiyaların açılmasına və RF Baş nazirinin müavini Aleksey Overçukun Ermənistana səfərinə toxunub.
O, vurğulayıb ki, bu səfər unikal olub, çünki regional kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun işinin ilk praktiki nəticələrini artıq qeyd etmək mümkündür.
Dünənki səfər Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisinə həsr olunmuş müstəsna praktik xarakter daşıyıb” – deyərək Paşinyan bildirib.
O əlavə edib ki, artıq dəmir yolunun tikintisi üçün şərait əldə edilib. Ermənistanda Ermənistan qanunvericiliyi, Azərbaycanda isə Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək.
“Overçukun səfəri bu layihənin həyata keçirilməsinə yönəlib. Biz artıq texniki məsələləri müzakirə edirik – layihələndirmə, maliyyələşdirmə, tikintinin başlanması” – deyə Baş nazir əlavə edib.
Ermənistanı Azərbaycanı birləşdirən Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra Ermənistan və Azərbaycanın liderləri Nikol Paşinyan və İlham Əliyev tərəfindən təsdiq olunub.
Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttini Cənubi Qafqaz Dəmir yolu şirkəti (Rusiya Dəmir yollarının törəmə şirkəti olan SCR) idarə edəcəkdir” – deyərək Baş nazirin müavini Mher Qriqoryan qeyd edib.