
İqtisadiyyat naziri Vahan Kerobyan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin iqtisadi fəallığı və inflyasiya göstəricilərini təqdim edərək vurğuladı ki, Ermənistanda Aİİ-də ən yüksək iqtisadi artımı və ən aşağı inflyasiyanın qeydə alınıb.
Rusiyada iqtisadi fəallığın artımı 4,4-4,5%, inflyasiya isə 8,4-8,5, Belarusda iqtisadi fəallığın artımı 3,3%, inflyasiya isə 10%, Qazaxıstanda iqtisadi fəallığın artımı 3,5%, inflasiya isə 8,4%, Qırğızıstanda iqtisadi fəallığın artımı 3,6%, inflasiya isə 11,2 %, Ermənistanda isə iqtisadi fəallığın artımı 5,8%, inflasiya isə 7,7% olub.
“Birliyimizdə ən yüksək iqtisadi artım və ən aşağı inflyasiya bizdədir”,- deyə Kerobyan vurğuladı.
Mərkəzi Bankın sədri Martin Galstyan da öz növbəsində qeyd etdi ki, inflyasiya beynəlxalq problemdir, Kerobyanın səsləndirdiyi rəqəmlər sübut edir ki, təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, həm də inkişaf etmiş ölkələrdə kifayət qədər yüksək inflyasiya var.
“Məsələn, ABŞ-da illik inflyasiya 7 faizə çata bilər, bu isə 1982-ci ildən bəri qeydə alınan ən böyük göstəricidir”,- deyə Galstyan qeyd etdi.
Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, 2019-cu ildə bütün dünyada ərzaq məhsullarının artımı qeydə alınıb və Ermənistan Respublikası, əksinə, ərzaq məhsullarının qiymətlərində azalma qeydə alınan müstəsna ölkələrdən biri olub.