Fevralın 2-dən 3-dək N saylı hərbi hissənin hava hücumundan müdafiə bölmələrində nəzəri-praktiki təlimlər keçirilib.
ER Müdafiə nazirliyinin rəsmisi jurnalistə bildirib ki, təlimlər zamanı şəxsi heyətin peşə bilikləri və praktiki bacarıqları yoxlanılıb və təkmilləşdirilib.
Hərbçilər şərti düşmənin hava kəşfiyyatı və zərbə vasitələrinin koordinatlarının tapılması, koordinatlarının tənzimlənməsi üzrə əməliyyatlar həyata keçirib.