BaşlıcaSiyasət

Rusiyalı ekspert: “Ermənistan vasitəsilə Qara dənizə çıxış İran üçün son dərəcə vacibdir”

İran üçün Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxış son dərəcə vacibdir. Bu haqda  jurnalist ilə   söhbətində rusiyalı ekspert, iranoloq Karine Gevorqyan qeyd edib.

O, Ermənistanla İran arasında müxtəlif qovşaqların tikintisi proqramlarını xatırladıb.

“Tehranın elə məqsədləri var və bu istiqamətdə o Hindistanla, eləcə də Çin ilə  əməkdaşlıq edir hansı ki,İslam Respublikasının bütün infrastrukturunun (nəqliyyat infrastrukturunun) inkişafına 500 milyard dollar sərmayə qoymağa hazırdır.

 Məncə, bütün  o qovşaqlar  inkişaf edəcək”- deyərək ekspert qeyd edib.

Gevorqyan Ermənistan-İran əməkdaşlığının inkişafının qaçılmazlığına əmindir.

“İstənilən halda elmi qarşılıqlı əməkdaşlıqdan danışmaq olar. Ermənistanda bakteriologiya, fizika, riyaziyyat, proqramlaşdırma, informasiya texnologiyaları və digər sahələrdə çox ciddi elmi məktəblər hələ də qorunub saxlanılır.

 Şübhəsiz ki, Tehran Ermənistanla əməkdaşlıq edəcək. İran modernləşən ölkədir. O müsəlman dünyasının ən qabaqcıl ölkələrindən biri olan ölkə Türkiyəni belə qabaqlayır.

İranda bütün erməni təşkilatlarına və abidələrinə düzgün münasibət vurğulanır. Bütün erməni kilsələri və monastırları dövlət tərəfindən qorunur, yenidən tikilir, bərpa edilir və alban və ya İran irsinə aid edilmir, erməniləri bu irsdən məhrum etmək cəhdləri yoxdur.

Bu unikal sosial-mədəni siyasət İslam Respublikasının maliyyə və iqtisadi elitasının çox ciddi hissəsi olan İranın erməni icmasına yönəlib” – deyərək  o, əlavə edib.

Daha çox göstər
Back to top button