Başlıcaİctimaiyyət

Sorğu – Ermənistan vətəndaşları Türkiyə ilə münasibətlərə necə baxır?

Türkoloq Varujan Qeğamyan öz Facebook səhifəsində Amerika IRI təşkilatının Ermənistanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə toxunub. Sorğu 2021-ci ilin noyabr-dekabr aylarında keçirilib.

O, xüsusilə qeyd edib. “Sorğunun bəzi nəticələri Ermənistan vətəndaşlarının Türkiyə ilə münasibətlərə necə yanaşdığını anlamaq baxımından vacibdir.

Respondentlərin böyük əksəriyyəti Türkiyə (90%) və Azərbaycanı (77%) Ermənistan üçün əsas siyasi təhlükələri törədən ölkələr olaraq görürlər.

Böyük əksəriyyət bu ölkələri təhlükəsizlik (88/81%) və iqtisadi (68/52%) təhlükə də hesab edir. Cəmi 5 faiz hesab edir ki, Ermənistanın inkişafı üçün Türkiyə ilə münasibətlər inkişaf etməlidir.

Cəmi 29 faiz Türkiyə ilə ilkin şərt olmadan münasibətlərin qurulmasının lazım olduğunu düşünür. Respondentlərin təxminən yarısı hesab edir ki, Türkiyə ilə dialoqa başlamaq lazımdır, lakin Erməni Soyqırımının tanınması məsələsi gündəmimizdə qalmalıdır. 48% isə hesab edir ki, Ermənistan öz ilkin şərtlərini irəli sürməlidir.

Respondentlərin əksəriyyəti (təxminən 59%) Azərbaycanla nəqliyyat marşrutlarının açılmasının Ermənistanın iqtisadi inkişafına mənfi təsir edəcəyini düşünür (27% isə əksini düşünür). Türkiyə ilə yolların açılması məsələsində də demək olar ki, eyni mənzərədir (53% bunun Ermənistana mənfi təsir edəcəyini düşünür).

Daha çox göstər
Back to top button