BaşlıcaSiyasət

Konqresmen Azərbaycanı erməni əsirləri azad etməyə çağırıb

Amerikadakı Erməni Milli Komitəsi (ANCA) ABŞ Konqresinin üzvü Raca Krişnamurtinin ABŞ Nümayəndələr Palatasında Azərbaycanın Ermənistana qarşı təxribat xarakterli hərəkətlərini pisləyən bəyanatını alqışlayıb.

Krişnamurti Sumqayıt qətliamının 34-cü ildönümünə həsr olunmuş çıxışında qeyd edib ki, qətliamın pislənməsi Azərbaycan tərəfinin ermənilərə qarşı təcavüzünün qarşısını almağa kömək edəcək.

O, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh, dinc və demokratik yolla həllinə sadiqliyini bir daha təsdiqləyib. 1988-1990-cı illərdə Azərbaycanda ermənilərə qarşı deportasiyalar, zorakılıq və qırğınlardan danışan konqresmen qeyd edib ki, sonrakı onilliklərdə də Azərbaycan ermənilərə qarşı zorakılıqdan əl çəkməyib.

“2020-ci ilin sentyabrında Azərbaycan Türkiyənin dəstəyi ilə Artsax Respublikasını bombalayıb, erməni məktəblərini və ibadət yerlərini hədəfə alıb, günahsız mülki insanları qətlə yetirib. Bu hadisələrdən təxminən bir il sonra Azərbaycan 2020-ci ilə əsir götürülmüş erməni hərbi əsirləri qanunsuz olaraq saxlamağa və onlara işgəncə verməyə davam edir.

Sumqayıt qətliamının 34-cü ildönümündə insanlığa qarşı törədilmiş cinayətləri xatırlamağın vacibliyini vurğulamaq istərdim. Mən Azərbaycan hökumətini bu qırğınların baş verdiyini qəbul etməyə çağırıra.

Azərbaycanın Ermənistana qarşı davam edən təcavüzünü pisləyirəm, Azərbaycan hökumətini bütün erməni hərbi əsirləri və əsir götürülmüş mülki şəxsləri dərhal və ilkin şərt olmadan azad etməyə çağırıram”,- deyə konqresmen vurğuladı.

Daha çox göstər
Back to top button