BaşlıcaBeynəlxalq

NATO Baş katibinin xüsusi nümayəndəsi erməni əsirlərin qaytarılması məsələsinə toxunub

NATO Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirisi erməni əsirlərin Ermənistana qaytarılmasını yüksək qiymətləndirərək, Alyansın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu qeyd edib.

“Bu, yaxşı yenilikdir. NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndirir, onların münasibətlərinin normallaşmasına tərəfdardır ki, bu da regionda sabitlik və xoş rifaha mütləq töhfə verəcəkdir”-  deyərək Kolomina Twitter səhifəsində  qeyd edib.

Xatırladaq ki, ER XİN-in məlumatına görə, fevralın 4-də keçirilən uzunmüddətli görüş nəticəsində Fransa Prezidenti Emanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə 8 erməni hərbi əsir vətənə qayıdıb.

Daha çox göstər
Back to top button